13.06.2024

Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı maarifləndirici görüş keçirilib

İyunun 12-də Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün keçirilməsi nəzərdə tutulan diaqnostik qiymətləndirməyə dair görüş keçirilib.

 

Saatlı rayonunun Qaracalar kənd tam orta məktəbində keçirilən görüşdə məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.

 

Maarifləndirici görüşdə MUTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin əməkdaşı Aydan Əzimzadə diaqnostik qiymətləndirmənin məqsədi, çərçivə sənədi və digər texniki məsələlər haqqında ətraflı məlumat verərək, sonda verilmiş sualları cavablandırıb.

 

Görüşdə diaqnostik qiymətləndirilməsi nəzərdə tutulan pedaqoji heyətə dəstək məqsədilə simulyativ imtahanın keçirilməsi qeyd olunub.