13.06.2024

İmişli rayonunun ümumi təhsil müəssisələrində çalışan bir qrup pedaqoji heyət və direktorlarla görüş keçirilib

Görüşdə ADA-nın “Bir müəllimin manifesti” təhsil proqramının rəhbəri Ziya Mirzəyev, ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edib.

 

Mirzəyev “Bir müəllimin manifesti” təhsil proqramı barədə ətraflı məlumat bildirib. O, layihənin məqsədinin regionlardan olan müəllimlərin bilik və bacarıqlarını artırmaqla Azərbaycan təhsilinin mükəmməl səviyyəyə çatdırılması olduğunu, təlim-tədris zamanı müəllimlərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın qurulması olduğunu bildirib.

 

Tədris strategiyalarının genişləndirilməsi, ən yaxşı dərs nümunələrinin paylaşılması sayəsində müəllimlərin peşəkarlığının artırılması və yeni nəsil müəllimlər şəbəkəsinin qurulması olduğunu qeyd edib.

 

2021-ci ildən etibarən fəaliyyətə başlayan “Bir müəllimin manifesti” layihəsi ADA Universiteti tərəfindən təklif olunur və regionlardakı orta məktəblərin müəllim və direktorları üçün nəzərdə tutulub.

 

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.


Açar sözlər: ,  ,