21.08.2024

Vakant direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və şagird sayı 500 nəfərədək olan ümumi təhsil müəssisələri üzrə vakant direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

 

Sənəd qəbulu 22 avqust 2024-cü il saat 09:00-dan başlanacaq və 26 avqust 2024-cü il saat 18:00-dək davam edəcək.

 

Müsabiqədə iştirak edəcək namizədlər üçün tələblər:

 

    -pedaqoji ixtisas üzrə ali təhsil;

    -5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);

    -hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri iş günləri ərzində saat 09:00-dan 18:00-dək Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorlarına qeyd olunan tarixlərdə təqdim etməlidirlər.

    -kadrlar uçotunun şəxsi vərəqəsi (müvafiq məlumatları daxil etməklə);

    -şəxsiyyəti təsdiq edən sənədin surəti;

    -əmək kitabçasının surəti;

    -ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

 

Şagird sayı 150 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə yalnız müsahibə mərhələsindən, şagird sayı 151-500 nəfər aralığında olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul isə test və müsahibə mərhələsindən ibarət olmaqla, regional təhsil idarəsi tərəfindən həyata keçiriləcək.

 

Aşağıdakı keçiddən Mil-Muğan RTİ-nin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz.

 

https://drive.google.com/.../1EXZMw3clcsgjsfAyVN0.../view...

 

Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,