22.08.2024

Rəşad Musayev Beyləqan rayonunda vətəndaşları qəbul edib

Vətəndaş məmnunluğunun inkişaf etdirilməsi məqsədilə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Beyləqan rayon qeydiyyatında olan və ya yaşayan qəbula yazılmış vətəndaşları qəbul edib.

 

Qəbulda vətəndaşların müraciətləri müəllimlərin işə qəbulu və yerdəyişməsi, çalışmanın yaş həddinə çatmış müəllimlərlə əmək münasibətlərinin davam etdirilməsi, məktəblərə şagird qəbulu, həmçinin digər məsələlərlə bağlı olub.

 

İdarənin müdiri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.


Açar sözlər: ,  ,