05.09.2024

Sabirabad rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov, məzunlar və onların valideynləri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər 2023-2024-cü tədris ilini böyük uğurlarla başa vuran və ali məktəblərə daxil olaraq tələbə adı qazanan məzunları, müəllimləri, valideynləri təbrik edib, onlara uğurlar və xoşbəxtlik arzulayıblar. Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə təhsilin prioritet sahə kimi inkişafına göstərilən dövlət qayğısının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyindən danışılıb. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə məlumat verilib, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərin əhəmiyyətini vurğulanıb. Qeyd olunub ki, hər il region üzrə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərin sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

 

Tələbə adını qazanan məzunlar ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Sonda yüksək bal toplamış məzunlara Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.


Açar sözlər: ,  ,