08.09.2024

Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində hazırda müvafiq fənlər üzrə vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 08 sentyabr 2024 -cü il tarixdən 10 sentyabr 2024-cü il saat 8:00-dək aşağıdakı linkə keçid edərək məlumatlarını daxil edərək qeydiyyatdan keçə bilərlər. Məlumatlarını düzgün daxil etməyən qeydiyyatdan keçmiş şəxslərin qeydiyyatı nəzərə alınmayacaqdır.

https://forms.gle/evjutk612TG8zYjP6

 

Qeyd edək ki, vakansiya seçimində diaqnostik qiymətləndirmə balı, müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya balı nəzərə alınacaqdır. Bir müəllim 2 vakant yer seçə bilər.

 

Müəllimlərin vakant yerlərə təyinatı müraciətlərindəki seçdiyi vakansiya üzrə ardıcıllıq gözlənilməklə pedaqoji göstəriciləri nəzərə alınacaqdır.

 

Mil-Muğan Regional Təhsil İdarəsinə, rayon təhsil sektorlarına, eləcə də işləmək istədiyi ümumi təhsil müəssisəsinə ərizə ilə müraciət edən namizədlərdən də göstərilən link vasitəsilə qeydiyyatdan keçməkləri tələb olunur.


Açar sözlər: ,  ,