24.09.2024

“Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak ediblər.

 

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən seçim turunda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından 60 nəfər (15 qız, 15 oğlan X sinif,15 qız və 15 oğlan XI sinif) olmaqla, ümumilikdə 240-a yaxın X və XI sinif şagirdləri müsabiqəyə qatılıblar.

 

Test üsulu ilə keçirilən seçim turunda şagirdlərə bütün fənlərivə dünyagörüşü əhatə edən 50 açıq sual təqdim olunub. Müsabiqənin nəticələri barədə məlumatlar şagirdlərin təhsil aldıqları məktəblərə göndəriləcək.

 

Qeyd edək ki, seçim turunun nəticələrinə əsasən ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak hüququ qazanacaqlar.