Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 nəfərədək olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə 45 sual təqdim olunub. Təqdim olunmuş sualları cavablandırmaq üçün namizədlərə 80 dəqiqə vaxt verilib.
Test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 114 nəfər namizəddən 99 nəfər iştirak edib.
Elektron formatda təşkil olunmuş imtahan Beyləqan şəhər F. Haciyev adına 2 nömrəli tam orta məktəbdə keçirilib.