16.10.2024

"Qırmızı, Sarı, Yaşıl" adlı maarifləndirici tədbirlər keçirilib

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydaları ilə bağlı "Qırmızı, Sarı, Yaşıl" adlı maarifləndirici tədbirlər keçirilib.

 

Tədbir təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq məqsədilə təşkil olunub.

 

Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi qeyd edilib.

 

Məktəbdə yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında yarışlar keçirilib. Şagirdlərə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,