16.10.2024

Müəllimlər üçün təlim keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat həmçinin ibtidai sinif müəllimləri üçün təlim keçib.

 

Təlimdə Azərbaycan dilinin məqsəd və vəzifələri, fənnin iki əsas predmeti – dil və nitq, yeni tədris vasitələrindən istifadə, dilin tədrisində əsas metodlar və kommunikativ metodun müasir nitq bacarıqlarının formalaşmasında rolu kimi məsələlər müzakirə olunub, dərs nümunəsi təqdim edilib.

 

Təlim müddətində dinləyiciləri maraqlandıran müxtəlif suallar cavablandırılıb və təkliflər dinlənilib.


Açar sözlər: ,  ,