17.10.2024

Şagirdlərlə tanınmış idmançıların görüşlərinin keçirilməsi silsilə şəklində davam etdirilir

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında Olimpiya hərəkatının təbliğ olunması, şagirdlərlə tanınmış idmançıların görüşlərinin keçirilməsi silsilə şəklində davam etdirilir.

 

İmişli şəhər 1 və 5 nömrəli məktəb-liseydə keçirilmiş görüşlərdə Avropa çempionu Cavid İsgəndərov, gənc idmançı Xəyyam Məmmədov iştirak ediblər.

 

Görüşdə idman nailiyyətləri əldə etmiş qonaqlar öz uğurları barədə şagirdlərə məlumat verib, şagirdləri maraqlandıran suallara cavablandırıblar.


Açar sözlər: ,  ,