17.10.2024

Tərbiyəçi-müəllim və metodistlərə təlimlər keçirilib

19-20 oktyabr 2024-cü il tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə diaqnostik qiymətləndirmə (DQ) təşkil olunacaq.

 

Bununla bağlı region bağçalarının tərbiyəçi-müəllim və metodistlərinin İKT bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilib.

 

Təlimin keçirilməsində məqsəd tərbiyəçi müəllimlərin müasir rəqəmsal texnologiyalarla tanış olması və İKT alətlərindən təhsildə effektiv istifadə etmə bacarıqlarını inkişaf etdirmək olub.