21.10.2024

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 nəfərədək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

 

Müsahibə mərhələsində namizədlərə məktəb idarəetməsi üçün zəruri olan qanunvericilik və normativ hüquqi aktlar, pedaqogika və metodika, tədris prosesini idarə olunması, ünsiyyət bacarığı, kollektivdə işləmə bacarığı və dünyagörüşü üzrə suallar ünvanlanıb.

 

Qeyd edək ki, müsahibələr 24 oktyabr 2024-cü il tarixə kimi davam edəcək.

 

Müsahibədə uğur qazanmış namizədlərə əlavə məlumat veriləcəkdir.


Açar sözlər: ,