İmişli Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.
Tədbirdə çıxış edən iştirakçılar sərginin əhəmiyyətindən danışıb, ekoloji mühitin yaxşılaşdırılması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin bütün ölkələr üçün prioritet vəzifə olduğunu bildiriblər. Belə sərgilərin keçirilməsində məqsədin insanları, gəncləri ekoloji proseslərdə fəal iştiraka sövq etmək, bu sahədə maarifləndirmə yollarını təbliğ etmək və genişləndirmək olduğu qeyd olinub.
Çəkilmiş rəsm əsərləri və əl işləri tədir iştirakçıları tərəfindən maraqla qarşılanılıb.