29.10.2024

"Məktəblər üçün PİSA" tədqiqatına start verilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 oktyabr 2024-cü il tarixindən etibarən "Məktəblər üçün PİSA" tədqiqatına start verilib.

 

Sabirabad şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən qiymətləndirmə prosesini izləmək üçün Mil-Muğan RTİ-nin Tədrisin keyfiyyət sektorunun müdiri Mahir Zahidov imtahan mərkəzində olub.

 

Tədqiqatda Mil-Muğan RTİ-i üzrə beş ümumi təhsil müəssisəsi beynəlxalq qiymətləndirməyə cəlb olunub və həmin müəssisələrdə qiymətləndirmənin 01 noyabr 2024-cü il tarixinədək başa çatdırılması nəzərdə tutulub.

 

Layihənin keçirilməsində məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.

 

"Məktəblər üçün PİSA" tədqiqatı ümumi təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri görmək imkanı verir.


Açar sözlər: ,  ,