Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli şəhər 4 nömrəli uşaq bağçasında "Zəfər Günü"nə həsr olunmuş "Zəfər sənindir, Azərbaycan!" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliuyevin uzaqgörən siyasəti nəticəsində xalqımız qələbə əldə etdi. Şəhidlərimiz, qazilərimiz, ümumilikdə ordumuz və xalqımızın birliyi sayəsində 30 illik vətən həsrətinə, erməni işğalına son qoyulduğundan və Qarabağda böyük quruculuq işlərinin aparılmasından danışıblar.
Sonra bağçanın fidanları hazırladıqları şeir, mahnı və səhnəcikləri təqdim ediblər. Uşaqlar vətənpərvərliyə, şəhidlərimizə, qələbəyə və Müzəffər Ali Baş Komandana aid şeirlər səsləndiriblər.