Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 8 Noyabr-Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Belə ki, ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, rəsm sərgiləri təşkil olunub.
Tədbirlərdə Mil-Muğan RTİ-nin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbirlərdə şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumatlar verilib, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Zəfər salnaməsindən danışılıb.
Şagirdlər Qarabağ Zəfəri, üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.