07.11.2024

"Qarabağa gedən yol" adlı məktəblərarası bilik yarışına yekun vurulub

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında 8 Noyabr - Zəfər Gününə həsr edilən "Qarabağa gedən yol" adlı məktəblərarası bilik yarışına yekun vurulub.

 

Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək, milli-mənəvi dəyərlərə hörmət hissini aşılamaq, istedadlı şagirdləri üzə çıxarmaqdan ibarət olub.

 

Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən qəhrəman ordumuzun şücaətindən, işğaldan azad olunan ərazilərdə təhsil müəssisələrinin fəaliyyətə başlamasından, şagirdlərimizin öz doğma torpaqlarında həmin təhsil müəssilərindən yüksək səviyyədə təhsil almasından, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda böyüməsinin önəmindən danışaraq yarış iştirakçılarına uğurlar arzulayıb.

 

Digər çıxış edənlər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə örnək olduğunu bildirərək, həmin dövrü şagirdlərin gözü ilə rəsmlərdə canlandırılması, onlarda vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsi olduğunu bildiriblər.

 

Mil-Muğan RTİ-nin təşkil etdiyi "Qarabağa gedən yol" adlı bilik yarışının yekununda Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbin "Birlik" komandası I yerə, Beyləqan rayonu Birinci Şahsevən kənd 2 nömrəli tam orta məktəbin "Zəfər"komandası II yerə, İmişli şəhər 1 nömrəli tam orta məktəbin "İstiqlaliyyət" komandası isə III yerə layiq görülüb.

 

Bilik yarışında uğur qazanan komandalar diplom ilə təltif olunublar.


Açar sözlər: ,  ,