Ailə tipli icma əsaslı məktəbəqədər təhsil üzrə qrant layihə müsabiqəsinin nəticıələri açıqlandı.
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Beyləqan rayonu Araz qəsəbə tam orta məktəbi, İmişli şəhər 3 nömrəli tam orta məktəbi, Saatlı rayonu Simadəkənd kənd tam orta məktəbi və Sabirabad rayonu Zal Qaraağac kənd tam orta məktəbi qrant layihə müsabiqəsinin qalibi olub.
Məktəblərin qalib olduğu Qrant layihələrə əsasən Beyləqan rayonu Milabad qəsəbəsindən 8 nəfər, İmişli rayonu Oruclu kəndindən 8 nəfər, Saatlı rayonu Soltanabad kəndindən 8 nəfər, Sabirabad rayonu Cəngən kəndindən 8 nəfər, Çiçəkli kəndindən 8 nəfər və Qaraqaşlı kəndindən 8 nəfər olmaqla, ümumilikdə 48 nəfər təhsildən kənar qalmış məktəbəqədər yaşlı uşaqlar təhsil prosesinə cəlb olunacaqdır.