25.11.2024

Peşə Təmayüllü Siniflərin təşkili layihəsi uğurla icra olunur

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisəsində Peşə Təmayüllü Siniflərin təşkili layihəsi uğurla icra olunur.

 

Peşə təmayüllü siniflərini bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək.

 

Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.


Açar sözlər: ,