Mil-Muğan Regional Təhsil İdarəsində 146-0-6 nömrəli Çağrı Mərkəzi fəaliyyət göstərir.
Vətəndaşlar Mil – Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər, məktəbdənkanar və ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair məsələlər haqqında məlumat almaq məqsədilə 5 gün (saat: 09:00-dan 18:00-dək) 146-0-6 nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.
Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsidir.