Mil-Muğan Regional Təhsil İdarəsi üzrə BilBacar müsabiqəsinin noyabr ayı üzrə “Yarış” mərhələsi keçirilir.
Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə olub və müsabiqənin “Yarış” mərhələsini izləyib.
Müsabiqə ilə bağlı şagirdlərə vacib tövsiyələr verib, şagirdlərin əməl etməli olduqları qaydaları və digər zəruri məlumatları, həmçinin müsabiqənin onlayn mərhələsini hər sinif üzrə uğurla tamamlayan ilk 150 şagirdin 2025-ci ilin iyun ayında keçiriləcək canlı final mərhələsinə dəvət alacağını bildirib.
Final mərhələsinə vəsiqə qazanan şagirdlər arasından hər sinif üzrə 3 nəfər I, 6 nəfər II və 9 nəfər III yerin qalibi təyin olunacağını onların diqqətinə çatdırıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.