Sabirabad şəhər M. Müşfiq adına 4 saylı tam orta məktəbdə “Peşə təmayüllü siniflərin təşkili” layihəsi uğurla tətbiq olunur.
Məktəbin 10P sinfində aşpaz köməkçisi, İKT, 11P sinfində isə qənnadçı və İKT peşə ixtisasları tədris edilir.
Peşə təmayüllü siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər keçirilir. İxtisaslar üzrə dərslərlə yanaşı təhlükəsizlik qaydalarını da mənimsəyirlər.
Peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında şagirdlərin müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.