Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 ümumi təhsil müəssisəsində 4 inklüziv sinif fəaliyyət göstərir.
Beyləqan şəhər Humanitar təmayüllü liseydə 1 nəfər, İmişli şəhər 7 nömrəli tam orta məktəbdə 1 nəfər, Muradxanlı kənd tam orta məktəbdə 1 nəfər və Saatlı şəhər 1 nömrəli tam orta məktəbdə 2 nəfər şagird olmaqla, ümummilikdə 5 nəfər şagird inklüziv siniflərdə təhsilə cəlb edilib.
Qeyd edək ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz yaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.