İmişli rayonunun ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Tədbirlərdə Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, mədəni irsi və tarixi abidələri haqqında şagirdlərlə maarifləndirici söhbət aparılır və sənədli filimlər nümayiş olunur.
Tədbirlərin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə uşaq və gəncləri maarifləndirmək, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini şagirdlərin diqqətinə çatdırmaqdır.