17.12.2024

“Erkən nikah və onun fəsadları”, “Gənclər narkomaniyaya yox deyir!”, “Məişət zorakılığı” mövzularında maarifləndirici tədbir keçirilib

Saatlı rayon təhsil sektorunun təşkilatçılığı, Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü ilə rayonun Qara Nuru kənd tam orta məktəbində “Erkən nikah və onun fəsadları”, “Gənclər narkomaniyaya yox deyir!”, “Məişət zorakılığı” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Saatlı rayon təhsil sektorunun müdiri Günay Sultanova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva, müəllimlər, məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

 

Tədbirin keçirilməsində məqsəd narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı şagirdlər arasında təbliğatı gücləndirmək, onların təhsilə, elmə olan marağını artırmaq məsələlərini müzakirə etmək olub.

 

Tədbirlərdə çıxış edənlər yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün məruzələrlə çıxış ediblər.

 

Sonda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,