Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş "Məlumatlısan - demək silahlanmısan!" layihəsinin təntənəli bağlanış tədbiri keçirilib.
Tədbirdə layihə rəhbəri Sabirabad şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova layihənin icrası və görülmüş işlərin yekun hesabatı ilə çıxış edib. O, bildiribki, layihənin icra planına uyğun olaraq 50 nəfər şagirddən ibarət qruplara “İlkin tibbi yardım bacarıqları" və "Fövqaladə hallar zamanı düzgün mövqenin və görüləcək işlərin təşkili” mövzularında təlimlər uğurla keçirilib.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin Təhsilin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Fərahim Nağıyev layihə ilə bağlı öz təəssüratlarini tədbir iştirakçıları ilə bölüşüb. Layihənin uğurla başa çatdığı üçün layihə rəhbərini və iştirakçılarını təbrik edərək, onlara təhsillərində yeni-yeni nailiyyətlər, uğurlar arzulayıb.
Xatırladaq ki, layihənin məqsədi şagirdlərə mütəxəssislər tərəfindən həyat təhlükəsizliyi haqqında nəzəri anlayışların verilməsi və ekstremal həyat vəziyyətlərində ilk tibbi yardım bacarıqlarının göstərilməsini seminarlar və praktik təlimlərin keçirlməsi ilə formalaşdırmaq olub.
Sonda layihədə istirak edən şagirdlərə sertifikatlar təqdim olunub.