Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq imtahanı keçirilib.
Monitorinq imtahanı tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunub. Monitorinq imtahanında istifadə edilən qiymətləndirmə VI siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanıb.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.