Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX sinifləri üzrə monitorinqlər keçirilib.
Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdır.
Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib.
Qeyd edək ki, monitorinqlər şagirdlərin faktiki bilik və bacarıqlarının müəyyənləşdirilməsinə, aşkar olunmuş geriliyin vaxtında aradan qaldırılmasına xidmət edir.