10.01.2025

“Kitab mənim dostumdur” adlı müsabiqəyə start verilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssislərində təhsil alan V-IX sinif şagirdləri arasında “Kitab mənim dostumdur” adlı müsabiqəyə start verilir.

 

“Kitab mənim dostumdur” adlı müsabiqənin məqsədi ümumi təhsil müəsisələrində V - IX sinifdə təhsil alan şagirdləri kitab oxumağa sövq etmək, onların mütaliə vərdişlərini, dünyagörüşlərini və yaradıcı təxəyyülünü inkşaf etdirməkdir.

 

Musabiqə 10 yanvar – 05 may 2025-ci il tarixlərində məktəb, rayon və region turu olmaqla 3 turdan ibarət olacaqdır.

 

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 10-19 yanvar 2025-ci il tarixlərində aşağıda verilmiş linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.


Açar sözlər: ,  ,