26.01.2025

Eksternat qaydada aralıq imtahanı keçirilib.

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə əvvəlki illərdə ümumi təhsil müəssisələrinin ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada aralıq imtahanı keçirilib.

 

Bildiririk ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

 

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən aralıq imtahanında Beyləqan, İmişli, Sabirabad və Saatlı rayonları üzrə iştirak edən eksternlər ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə müvafiq fənnlər üzrə imtahan veriblər.

 

Eksternat imtahanında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.

 

Eksternat imtahanında Mil-Muğan RTİ-i üzrə 318 nəfər müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslər iştirak ediblər.


Açar sözlər: ,  ,