Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonunun ümumi təhsil müəssisələrinin bir qrup gənc müəllimləri və RTİ-də çalışan gənclərlə görüş keçirilib.
Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, İdarənin müvafiq struktur rəhbərləri, əməkdaşları və rayon təhsil sektorlarının müdirləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edildikdən sonra, torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rəşad Musayev çıxış edərək gənclərimizin milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında təhsil müəssisələrimizin mühüm rol oynadığını bildirərək, bütün gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Siraqəddin Cabbarov tədbir iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib, dövlətimizin gəncər siyasətindən geniş məlumat verərək, gənclərin bu gün cəmiyyətimizin bütün sahələrində böyük rol oynadığından danışıb.
Sonda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə bir qrup gənclər müxtəlif nominasiyalar üzrə təltif olunublar.