02.03.2025

Fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

 

VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunub. Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilib.

 

Şagirdlər müsabiqənin nəticələrini www.portal.edu.az saytından və ya təhsil aldıqları ümumi təhsil müəssisəsindən öyrənə bilərlər.

 

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

 

Şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,    
/ 16