Sabirabad rayonu üzrə BilBacar və "Cerebry" layihələrinə qoşulmuş ümumtəhsil məktəblərinin şagirdləri ilə görüş keçirilib.
Görüş zamanı BilBacar və "Cerebry" layihələrinin keçirilməsinin məqsədi barədə şagirdlərə məlumat verilib. Bildirilib ki, BilBacar müsabiqəsi VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətlərini inkişaf etdirmək, onları həmin bacarıqların real həyatda tətbiqinə sövq etmək məqsədi daşıyır.
“Cerebry” rəqəmsal platforması şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə müxtəlif tipli səriştə əsaslı tapşırıqlarla rəqəmsal formada işləmək bacarığının artırılması, məktəbdə öyrəndikləri bilikləri real həyata tətbiqetmə qabiliyyətlərinin inkişaf etdirilməsi və analitik düşüncə tərzlərinin gücləndirilməsi məqsədilə tətbiq olunur.
Sonra layihələr üzrə bu vaxta qədər rayon şagirdlərinin nəticələri barədə aparılmış təhlillər barədə məlumat verilib. Növbəti mərhələlərdə görüləcək işlər barədə şagirdlərə ətraflı məlumat verilərək, şagirdlərin fikirləri dinlənilib və sualları cavablandırılıb.