Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan V-IX sinif şagirdləri arasında 10 yanvar – 05 may 2025-ci il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kitab mənim dostumdur” adlı müsabiqəyə start verilib. Məktəblərdə müsabiqənin məktəb turu davam edir. Məktəb turunun qalibi olan şagirdlər müsabiqənin rayon turunda iştirak edəcəklər.
Müsabiqənin məqsədi ümumi təhsil müəsisələrində V - IX sinifdə təhsil alan şagirdləri kitab oxumağa sövq etmək, onların mütaliə vərdişlərini, dünyagörüşlərini və yaradıcı təxəyyülünü inkişaf etdirməkdir.
Musabiqə məktəb, rayon və region turu olmaqla 3 turdan ibarətdir.