07.03.2025

“Qadın izi tarixdə və gələcəkdə” adlı tədbir keçirilib

İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin, İmişli rayon təhsil sektorunun məsul əməkdaşları, rayon məktəblərinin direktorları, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər tədbirin əsas məqsədinin qızları və gənc qadınları elmi sahələrə təşviq etmək, onların uğurlarını vurğulamaq və bu istiqamətdəki çağırışları müzakirə etməkdən ibarət olduğunu qeyd ediblər.

 

Rəsmi hissədən sonra tədbir şagirdlərin çıxışları, rəqs və ifaları ilə davam edib.


Açar sözlər: ,  ,  ,