Saatlı və Sabirabad rayonlarının ümumtəhsil məktəblərində çalışan müəllimlərlə təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqə çərçivəsində layihələrin yazılması ilə bağlı maarifləndirici görüş keçirilib.
Görüşdə layihələrin hazırlanması, layihə çərçivəsində problemin qoyuluşu, məqsəd və vəzifələr, görüləcək işlər, layihənin icra müddəti, gözlənilən nəticələr, qurulacaq əməkdaşlıq, layihənin monitorinqi və davamlılığı, qiymətləndirilməsi və hesabatlılığı və layihənin büdcəsinin hazırlanması barədə ətraflı məlumat verilib.
Qrant müsabiqəsinin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında innovativ yanaşmaları təşviq etməklə tədris prosesinin keyfiyyətini yüksəltmək, müasir metodların tətbiqini genişləndirmək, eləcə də sağlam rəqabət mühitini formalaşdıraraq yaradıcı və fərqli təşəbbüsləri dəstəkləməkdir.
Daha sonra iştirakçılara müsabiqə mövzuları, şərtləri, təqdim olunacaq sənədlərlə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.