15.03.2025

Mini-futbol turniri başa çatıb

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında Novruz bayramına həsr olunmuş mini-futbol idman növü üzrə keçirilən turnir Region turniri ilə başa çatıb.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə VII-XI sinif şagirdləri iştirak edib.

 

Turnirin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində şagirdlərin fiziki cəhətdən sağlamlıqlarının möhkəmləndirilməsi “sağlam bədəndə sağlam ruh olar” ruhunda tərbiyə olunması və istedadlı şagirdlərin üzə çıxarılması məqsədi ilə keçirilir.

 

Oğlanlardan ibarət komandalar arasında yarışın nəticəsinə görə, Beyləqan rayonu Birinci Aşıqlı kənd tam orta ümumtəhsil məktəbin komandası I, Saatlı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II, İmişli şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbin komandası isə III yeri və Sabirabad şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin komandasın IV yerin sahibi olub.

 

Yarışın bağlanış mərasimində Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov qalib komandaları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.