Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov və İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Mirhəmid Bağırov iştirak ediblər.
Mahir Zahidov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. O, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.
Mirhəmid Bağırov sertifikatlaşdırmanın mahiyyəti, məqsədi, test imtahanı, müsahibə mərhələlərinin təşkili, müəllimlər üçün əlavə dəstək tədbirləri, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı və sertifikatlaşdırmanın nəticələrinin təhsilin keyfiyyətinə müsbət təsirindən ətraflı məlumat verib.
Görüşdə imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.