Olimpiadanın keçirilməsində məqsəd türk dünyası ölkələrində təhsil alan istedadlı şagirdləri üzə çıxararaq onları beynəlxalq arenada tanıtmaqdır.
Qeyd edək ki, olimpiadanın bütün iştirakçıları Beynəlxalq Olimpiada Sertifikatı əldə edir və nəticələrə uyğun olaraq qızıl, gümüş, bürünc medallar qazanırlar.
Olimpiadada iştirak etmiş İmişli şəhər Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin VI sinif şagirdləri Behbudov Hüseyn Zamir oğlu qızıl, Quluzadə Ümid Şirin oğlu bürünc, Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin VII sinif şagirdi Bədəlli Aysun Vüqar qızı qızıl və Saatlı rayonu Orta Muğan kənd tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi Əsgərov Orxan Tərlan oğlu isə gümüş medal qazanıblər.
Şagirdlərimizi təbrik edirik və uğurlar arzulayırıq!