04.04.2025

“Birlik” komandasının üzvləri ilə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev “Nə? Harada? Nə zaman?” bilik yarışının qalibi olmuş Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbin “Birlik” komandasının üzvləri ilə görüşüb.

 

Görüşdə idarə müdiri “Birlik” komandasını və müəllimlərini təbrik edib, onlara təhsil həyatında və fəaliyyətlərində uğurlar arzulayıb.

 

Komanda üzvləri göstərilən diqqətə görə idarə müdirinə və bu yolda onlara dəstək olanlara öz minnətdarlıqlarını bildiriblər.

 

Sonda komanda üzvləri təşəkkürnamə və hədiyyə ilə təltif ediliblər.

 

Qeyd edək ki, “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatında VI-IX sinif şagirdləri arasında Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası I yerin qalibi olub.