Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, İnzibati təşkilat sektoruna müdiri Feyzulla Aslanov, Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov və İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov iştirak ediblər.
Görüşdə Mahir Zahidov sertifikasiya qaydaları haqqında müəllimlərə ətraflı məlumat verərək sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıb. O, müəllimlərin öz səriştələrini artırmaq baxımından sertifikatlaşdırma prosesinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Feyzulla Aslanov sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səsləndirib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verib.
Görüşdə imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərin çoxsaylı sualları cavablandırılıb.