İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbdə IX sinif şagirdləri arasında Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Əlaçı” intellektual oyununun seçim turu keçirilib.
Test üsulu ilə keçirilən seçim turunda şagirdlərə bütün fənləri və dünyagörüşü əhatə edən suallar təqdim olunub. Müsabiqənin nəticələri barədə məlumatlar şagirdlərin təhsil aldıqları məktəblərə göndəriləcək.
Müsabiqədə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından 30 nəfər (15 qız, 15 oğlan) olmaqla ümumilikdə 120 nəfər IX sinif şagirdi iştirak edib.
Qeyd edək ki, seçim turunun nəticələrinə əsasən ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak hüququ qazanacaqlar.
Layihənin məqsədi istedadlı yeniyetmələri üzə çıxarmaq və onların intelektual inkişafını stimullaşdırmaqdır.