Dövlət Sərhəd Xidmətinin Beyləqan rayonunda “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi-idman oyunun rayon mərhələsi keçirilib.
Hərbi-idman oyununda Beyləqan rayonunun sərhədyanı kəndlərində yerləşən tam orta məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.
Rayonun Birinci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin “Şahinlər” komandası I, Aqil Budaqov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəbin “Qaradağlı” komandası II, Seymur Abbasov adına Aşağı Çəmənli kənd tam orta ümumtəhsil məktəbin “Qartal” komandası isə III yerin qalibi olublar.
I yeri tutan qalib komanda hərbi-idman oyununun zona turunda iştirak edəcək.