Beyləqan və İmişli rayonları üzrə keçirilən görüşdə Təhsil İnstitutunun əməkdaşı Aynur Rüstəmova, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov iştirak ediblər.
Görüşdə çıxış edənlər “BilBacar” müsabiqəsi haqqında ətraflı məlumat veriblər. İmişli və Beyləqan rayonları üzrə “BilBacar” müsabiqəsi barədə təhlillər iştirakçılara təqdim olunub. I mərhələsi virtual platforma üzərindən keçirilən müsabiqənin 2024-cü ilin oktyabr ayından başladığı və ümumilikdə 9 ay davam edərək 2025-ci ilin may ayında başa çatacağı bildiriblər. Müsabiqədə şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirmələri, 2025-ci ilin may ayıında başa çatan müsabiqənin II mərhələsinin iyun ayında əyani formatda keçiriləcəyi qeyd ediblər. Eyni zamanda II mərhələnin formatı, qaydaları və şərtləri barədə şagirdlərə ətraflı məlumat verilib və uğurlar arzulayıblar.
Sonra “Cerebry” platformasının məktəblərdə tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. "Cerebry” platformasının müasir texnologiyalar vasitəsilə şagirdlərin fərdi inkişafını izləməyə və qiymətləndirməyə imkan verirməsi, sistemin müəllimlərə şagirdlərin zəif və güclü tərəflərini müəyyən etməyə kömək etməsi, bununla da təlim prosesinin daha effektiv və məqsədyönlü təşkil edilməsinə şərait yaratdığı bildirilib.
Platformanın istifadəsində əsas məqsədin şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə müxtəlif tipli səriştə əsaslı tapşırıqlarla rəqəmsal formada işləmək bacarığının artırılması, məktəbdə öyrəndikləri bilikləri həyata tətbiqetmə qabiliyyətlərinin inkişaf etdirilməsi və analitik düşüncə tərzlərinin gücləndirilməsi olduğu qeyd edilib.
Sonda şagirdlərin sualları cavablandırılıb və bəzi məqamlara aydınlıq gətirilib.