14.04.2025

İmişli rayonunda “Sərhəd” hərbi-idman oyunu keçirilib

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi-idman oyunu keçirilib. Hərbi-idman oyununda İmişli rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən ümumtəhsil məktəblərinin X sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.

 

“Sərhəd” hərbi idman oyununda şagirdlər sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, avtomatın sökülüb-yığılması, maskalanma və maneələrin dəf olunması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə öz qüvvələrinin sınayıblar.

 

Oyunun nəticələrinə əsasən Şahin Məmmədov adına Qaragüvəndikli kənd tam orta ümumtəhsil məktəbin komandası I yeri, Mehman Süleymanov adına Hacırüstəmli kənd tam orta ümumtəhsil məktəbin komandası II yeri və Fərhad Quliyev adına Çaxırlı kənd tam orta ümumtəhsil məktəbin komandası isə III yeri tutublar.

 

I yeri tutan qalib komanda hərbi-idman oyununun zona turunda iştirak edəcək.

 

Qalib komandaların üzvləri diplomlarla təltif ediliblər.


Açar sözlər: ,  ,  ,