15.04.2025

Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimləri keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təlimləri keçirilib.

 

Maarifləndirmə tədbirlərinin məqsədi şagirdləri risklər və təhlükəsiz davranışla bağlı maarifləndirmək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları, əldəqayırma partlayıcı qurğular barədə məlumat vermək və təhlükələrdən qorunmaq qaydalarını öyrətmək olub.

 

Təlimlərdə şagirdlərə mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı məlumatlar verilib, konkret situasiyalarda təhlükəsiz davranışın üsul və qaydaları öyrədilib.


Açar sözlər: ,  ,