20.04.2025

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

 

Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqədə Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 6 mərkəzdə 2206 nəfər şagird iştirak edib.

 

Müsabiqənin keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin II-X sinif şagirdlərinin riyaziyyat üzrə bilik və bacarıqlarını qiymətləndirmək, onların riyaziyyata olan marağını artırmaqdır.

 

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il, mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.


Açar sözlər: ,  ,  ,