21.04.2025

Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri təyin edilib

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

 

Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində “Coğrafiya müəllimliyi (ekoloq)” ixtisası üzrə bakalavr təhsili alıb.

 

O, 2002-2016-cı illərdə Biləsuvar rayonu İsmətli kənd X. Qafarov adına tam orta məktəbdə coğrafiya müəllimi, 2016-2019-cu illərdə Biləsuvar rayonu Ağayrı kənd V. Rüstəmov adına tam orta məktəbin direktoru, 2019-2022-ci illərdə Biləsuvar rayonu İsmətli kənd X. Qafarov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

 

Bəhruz Nəbili 2022-2024-cü illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində işləyib.

 

Bu təyinatadək o, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 


Açar sözlər: ,  ,