27.04.2025

Müəllimlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi məktəb, lisey, kollec müəllimlərindən və inzibati işçilərdən ibarət olan komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.

 

Respublika çempionatının final mərhələsində 33 komanda iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda Mil - Muğan Regional Təhsil İdarəsini 3 komanda təmsil edib. “Mil Beyləqan” komandası yarışda uğurla iştirak edərək ikinci yerin tutub və çempionatının gümüş mükafatçısı olub.

Müəllimlərimizi təbrik edirik və uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,